Modern.az

Koronavirusun ən az aşkarlandığı ÖLKƏLƏR

Koronavirusun ən az aşkarlandığı ÖLKƏLƏR

Dünya

14 Aprel 2020, 14:31

Başlanğıcını Çinin Uhan şəhərindən götürən yeni növ koronavirus (COVİD-19) pandemiyası hazırda dünyanın 210 ölkə və regionunda qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu gün dünya ölkələri arasında ən çox virus aşkarlanan ölkə ABŞ-dır. Bu saata olan son məlumata əsasən bu ölkədə koronavirusa yoluxanların sayı 587 173-ə çatıb. 

ABŞ-dan sonrakı yerləri İspaniya (172 541), İtaliya (159 516), Fransa (136 779) və Almaniya (130 072) tutur. 

 

Dünyanın ən az COVİD-19 qeydə alınan ölkələri isə Yəmən və kiçik ada dövləti olan Müqəddəs Pyer və Mikelondur. Bu ölkələrin hər birində 1 nəfər infeksiyaya yoluxub.

 

Qeyd edək ki, son məlumata əsasən dünyada 1 934 557 koronavirus xəstəsi qeydə alınıb, onlardan 120 438-i ölüb, 456 736 nəfər isə sağalıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?