Modern.az

Moskvada daha 14 nəfər koronavirusdan öldü

Moskvada daha 14 nəfər koronavirusdan öldü

17 Aprel 2020, 00:59

Rusiya paytaxtında pnevmoniya diaqnozu qoyulmuş və COVID-19 test nəticəsi müsbət olan daha 14 nəfər ölüb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargahdan bildirilib.

Bildirilir ki, xəstələr 29-88 yaş aralığında olub. Onların hamısında paralel olaraq digər xəstəliklər də aşkar edilib: “Bunların arasında hipertoniya, kardioskleroz, aterosklerotik anevrizm. Xəstələrdən beşi şəkərli diabetdən də əziyyət çəkirdi”.

Qeyd edək ki, son sutka ərzində Rusiyada  3448 nəfərdə koronavirus aşkar edilib, bununla da yoluxanların ümumi sayı 27 938 nəfərə çatıb. İndiyədək 232 nəfər eyni virus səbəbindən həyatını itirib, 2304 nəfər də sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?