Koronavirus pandemiyası təhlükəsindən sərhədlərin bağlı olması səbəbi ilə xarici ölkələrdə qalan Türkiyə vətəndaşlarının ölkəyə qaytarılmasına başlanılıb.
Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu özünün tvitter hesabında yazıb.
Nazir təyyarədə gətirilən insanların fotolarını paylaşaraq bunları qeyd edib:
"Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə ölkəmizə gətirməyə başladığımız xaricdəki vətəndaşlarımızın dönüş sevinci".
Qeyd edək ki, ilk olaraq İngiltərə və İraqda qalan Türk vətəndaşları ölkəyə qaytarılıb.
Turan ASLAN