Modern.az

Dünyanın koronovirus bəlası davam edir: ölü sayı 145 min 551 nəfərə çatıb

Dünyanın koronovirus bəlası davam edir: ölü sayı 145 min 551 nəfərə çatıb

17 Aprel 2020, 08:52

Aprelin 16-7ə səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 2 milyon 182 min 823 nəfər təşkil edir.

Modern.az COVID-19 barədə statistika aparan Worldometers saytına istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 145 min 551 nəfərə çatıb. 547 min 679 nəfər isə sağalıb.

Yoluxma hallarına görə yenə ABŞ birincidir – burada 678 min 144 nəfərdə virus aşkarlanıb.
Xəstələrin sayına görə ikinci yerdə İspaniya (184 min 948), üçüncü yerdə isə İtaliya (168 min 941) gəlir.

Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?