Modern.az

Sarkisyana qarşı yeni CİNAYƏT İŞİ: İş adamından 7 milyon dollar alıb

Sarkisyana qarşı yeni CİNAYƏT İŞİ: İş adamından 7 milyon dollar alıb

17 Aprel 2020, 16:56

Ermənistan mətbuatı Serj Sarkisyana qarşı yeni cinayət işinin açıldığını bildirir.

 

Modern.az xəbər verir ki, bu dəfə söhbət dizel yanacağının satışında deyil, korrupsiya faktından gedir.

“Əldə etdiyimiz məlumata görə, biznesmenlərdən biri Serj Sarkisyana 7 milyon dollar ödəyib. Biznesmenin adını dəqiqləşdirməyə çalışırıq”-deyə 1in.am saytı yazır.

 

Bundan əvvəl, Serj Sarkisyan dizel yanacağının təminatı ilə bağlı dövlət tenderində dostu Barseq Beqlaryanın “Fleş” şirkərinin qələbəsinə göstəriş verdiyi üçün barəsində cinayət işi açılmışdı.

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?