Braziliya prezidenti Jair Bolsonaru koronavirus pandemiyasına baxmayaraq ölkənin qonşu dövlətlərlə sərhədlərinin açılmasını təklif edib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Jair Bolsonaru yeni Səhiyyə nazirinin andiçmə mərasimi zamanı müvafiq təşəbbüslə çıxış edib.
Jair Bolsonaru bildirib ki, sərhədləri açmaq lazımdır: "Biz, şübhəsiz ki, bunu nazirlərlə müzakirə edəcəyik. Paraqvayla sərhəd niyə bağladır? İdarə edilməsi mümkün olmayan torpaq sərhədi mövcuddur. Uruqvayla da eyni vəziyyətdir. İcrası təmin edilməyən qərarın verilməsi özü mənasızdır”.