İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 482 nəfər dünyasını dəyişib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 23 227-yə çatıb.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 809 nəfər artıb.
Bundan başqa, son bir gün ərzində 2 200 nəfər sağalıb. Bununla da ölkədə xəstəlikdən sağalanların sayı 44 927 nəfər təşkil edib.