Modern.az

Avstriyada pandemiya qurbanlarının sayı 452 nəfərə çatdı

Avstriyada pandemiya qurbanlarının sayı 452 nəfərə çatdı

19 Aprel 2020, 13:45

Avstriyada koronavirusa yoluxanların sayı 14,7 min nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

 

Bildirilir ki, ölkədə koronavirus pandemiyasından ölənlərin sayı 452 nəfərə qədər artıb.

 

Son məlumatlara görə, Avstriyada son sutka ərzində daha 74 nəfərdə koronavirus aşkarlanıb. Bununla da COVID-19 infeksiyası daşıyıcılarının sayı 14 749 nəfərə çatıb.

 

Son bir gündə 287 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Beləliklə, koronavirusa yoluxmuş 10 501 nəfər sağalıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?