Misirdə koronavirusa (COVID-19) yoluxanların sayı 3022 nəfərə çatıb. Ötən sutka ərzində virusa daha 188 nəfər yoluxub, 19 insan isə dünyasını dəyişib. Koronavirusdan ölənlərin ümumi sayı 224 nəfərdir.
Modern.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumatda bildirilir ki, koronavirusa yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır. Ötən gün ərzində 55 koronavirus xəstəsi də tam sağalıb. Qeyd olunub ki, virusun sürətlə yayılması ictimai nəqliyyatda əhalinin sıxlığı və karantin rejiminə əməl edilməməsi ilə əlaqədardır.
Misir hökumətinin qərarı ilə aprelin 20-də ölkədə milli bayram kimi qeyd olunan və baharın gəlişinin rəmzi kimi qəbul edilən Şam Əl-Nəssim günündə ictimai nəqliyyatın fəaliyyəti tamamilə dayandırılacaq. Bayram günü mağazalar, marketlər, parklar da bağlı olacaq. Misir Nazirlər Kabinetinin sözçüsü Nadir Səid bildirib ki, karantin rejimi bütün Ramazan ayı boyunca davam edəcək.