Modern.az

Məşhur basketbolçuda koronavirus tapıldı

Məşhur basketbolçuda koronavirus tapıldı

19 Aprel 2020, 15:44

ABŞ-ın Qadın Milli Basketbol Assosiasiyasının (WNBA) “Çikaqo Skay” klubunun basketbolçusu Stefani Dolson koronavirusa yoluxub.

 

Modern.az “TSN”ə istinadən bildirir ki, o, Çikaqoda koronavirusa yoluxan ilk peşəkar qadın idmançıdır. Dolsonun sözlərinə görə, o və onun ailəsi koronavirus testlərinin pozitiv nəticələrini bir ay əvvəl alıblar.

 

“Bu virus evimizə çox yaxın gəldi. Anam, təxminən, dörd gün xəstəxanada idi. Onda ağır simptomlar, pnevmoniya var idi. Tibb işçiləri komandasının sayəsəsində o, indi evdə təhlükəsizlikdədir və sağlamdır”, - “TSN” idmançının sözlərini sitat gətirir.  

 

“Çikaqo Skay”ın sahibi Maykl Alter deyib ki, Dolsonun xəstəliyi ciddi simptomlarsız keçir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?