Modern.az

Moskvada yoluxanların əksəriyyəti cavanlardır

Moskvada yoluxanların əksəriyyəti cavanlardır

19 Aprel 2020, 16:18

Moskvada koronavirusa yoluxanların 85 faizi yaşı 65-dən az olanlardır, 5 faizi isə uşaqlardır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.

 

“Yeni yoluxanların 44 faizi 18-45 yaş arası, 35 faizi 46-65, 16 faizi 65-dən yuxarı, 5.5 faizi 80-dən yuxarı insanlardır”, - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, son sutkada Moskvada 3570 yoluxma hadisəsi baş verib. Ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 24324 nəfər təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?