Modern.az

Əfqanıstanda torpaq sürüşməsi - 8 ölü

Əfqanıstanda torpaq sürüşməsi - 8 ölü

19 Aprel 2020, 17:58

Əfqanıstanda torpaq sürüşməsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Qor əyalətində, Tulak rayonunda, Xoca Simin kəndində qeydə alınıb. Vilayət qubernatoru idarəsinin mətbuat katibi Arif Abır bildirib ki, təbii hadisə zamanı 8 nəfər həlak olub. Ölənlər arasında uşaq da var.

 

Hadisə nəticəsində üç ev tamamilə dağılıb.

 

Qeyd edilir ki, torpaq sürüşməsi bir neçə gündür davam edən leysan yağışlar səbəbindən baş verib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?