Modern.az

Daha bir ölkə koronavirusa yoluxma sayına görə Çini ötdü

Daha bir ölkə koronavirusa yoluxma sayına görə Çini ötdü

Dünya

20 Aprel 2020, 09:18

Türkiyədə hər gün yeni növ koronavirusa yoluxanların sayı durmadan artmaqdadır. Ötən gün ölkədə daha 3977 nəfərdə COVİD-19 aşkarlanıb.

 

Modern.az xəbər verir ki, artıq yoluxma sayı 86306-ya yüksələn Türkiyə İrandan sonra Çini də ötərək dünya ölkələri sırasında 7-cı sırada qərarlaşıb. 

  

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı da artır. İndiyədək 2017 nəfər bu virusdan həyatını itirib.

 

T.İSMAYIL

 

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?