Almaniyada karantin qaydalarının nəzarətsiz və tələsik yumşaldılması təhlükəlidir və epidemiyanın ikinci dalğasının yaranmasına gətirib çıxara bilər.
Modern.az xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqının Rəyasət Heyətinin işgüzar müşavirəsində bəyan edib.
Kansler məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması ətrafında diskussiyanı "vakxanaliya" adlandıraraq xəbərdarlıq edib ki, Almaniyada koronavirus infeksiyasının inkişafı əleyhinə mübarizədə əldə olunmuş son nailiyyətlər bütünlüklə itirilə bilər.
"Yaranmış vəziyyətin mənzərəsini daha aydın görmək üçün yeni müşavirəyədək gözləməliyik", - deyə Merkel bildirib.
T.İSMAYIL