İsveçrə Konfederasiyasının Federal Şurası COVİD-19 pandemiyası ilə bağlı mərhələli çıxış strategiyasını açıqlayıb.
Azərbaycanın İsveçrədəki səfirliyindən Modern.az-a verilən məlumata əsasən, Federal Şura COVİD-19 pandemiyası ilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyətdən mərhələli şəkildə çıxmaq qərarına gəlib və bununla əlaqədar olaraq, 3 mühüm tarixi (27.04.2020, 11.05.2020 və 08.06.2020) əhalinin diqqətinə çatdırıb. Federal Şura üzvləri aşağıdakı tədbirlərin həyata keçirilməsinə dair razılığa gəliblər:
həkimlərinin iş yerlərinin yenidən açılması, eləcə də təcili olmayan bütün xəstələrin xəstəxanalardakı qəbuluna icazə verilir. Federal Şuranın üzvü cənab Alain Berset bildirmişdir ki, əhalinın mütəmadi tibbi müayinədən keçməməsi gələcəkdə səhiyyədə digər problemlər yarada bilər və bununla bağlı tibbi sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyəti yenidən başlanacaqdır.
açılması. Bununla əlaqədar müvafiq gigiyena qaydalarına əməl olunması və qoruyucu tibbi vasitələrdən istifadə olunması tələb olunur.
mağazalarının açılması.
keçirilməsi qadağası aradan qaldırılır.
çeşidli ləvazimatların satışına icazə verilir.
planlaşdırılır. Bununla əlaqədar olaraq, İsveçrə Parlamenti 29 aprel 2020-ci ildə qərar qəbul ecədəkdir.
muzeylərin, kitabxanaların, botanika bağlarının, ölkədə mövcud olan zooparkların açılması planlaşdırılır və eləcə də vətəndaşların toplaşmasına icazə veriləcəkdir. Bununla əlaqədar İsveçrə Parlamenti 27 may 2020-ci ildə qərar qəbul ecədək.
Keçirilmiş mətbuat konfransında bildirilib ki, kafelərin, restoranların və digər iaşə obyektlərinin açılması 8 iyun 2020-ci il tarixindən planlaşdırılır. Lakin o tarixə qədər əhalinin kafelərdə və restoranlarda virusa yoluxmamasının layihələri üzərində iş aparılacaq və hər bir iaşə obyekti təfərrüatli planı təqdim edəcək.
Mətbuat konfransında çıxış edən İsveçrə Konfederasiyasının prezidenti xanım Simonetta Somaruqa COVİD-19 pandemiyasından çıxış planının mərhələli şəkildə olmasının vacibliyini vurğulayıb və virusun yenidən geniş yayılması halına rast gəlinərsə, fövqəladə vəziyyətin yenidən qüvvəyə minməsinə vacibliyin olacağını bildirib. S.Somaruqa belə bir vəziyyətin olacağı təqdirdə əhalinin böyük stress ilə qarşılaşacağını bildirib və bu halın yaranmaması üçün mərhələli şəkildə çıxış strategiyasının həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Mətbuat konfransında 8 iyun 2020-ci il tarixinə qədər pandemiyanın ölkədə yayılmasının tədqiqatının aparılacağı və böyük tədbirlərin (konsertlər, sərgilər və s.) nə zaman baş tutacağı barəsində daha sonra ictimaiyyətin məlumatlandırılacağı bildirilib. Bununla yanaşı, sosial məsafənin və qiqiyena qaydalarına əməl etmənin zəruriəti vurğulanıb. İsveçrədə genişləndirilmiş test strategiyasının və təmasların rəqəmsal izlənilməsi (contact tracing) üzərində işin aparıldığı qeyd edilib.