Modern.az

Ermənistanda koronavirusa yoluxan polislərin sayı artdı

Ermənistanda koronavirusa yoluxan polislərin sayı artdı

21 Aprel 2020, 01:02

Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı 10-a çatıb.

Modern.az  xəbər verir ki, bunu Ermənistan polis rəisinin (daxili işlər naziri) müavini Hayk Mqryan aprelin 20-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 120 polis əməkdaşı COVID-19-a qarşı mübarizə çərçivəsində özünü təcrid rejimində olub: “30 polis təcrid edilib, 20-nin analizinin nəticəsi mənfi, 10 polis əməkdaşında isə analizin nəticəsi müsbət olub”.

Qeyd edək ki, Ermənistanda 1 339 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?