Modern.az

İran da Çini geridə qoydu

İran da Çini geridə qoydu

21 Aprel 2020, 10:59

Bəşəriyyəti qorxuya salan koronavirus infeksiyası Çindən vüsət götürsə də, hazırda bu ölkə pandemiyanın yayıldığı ölkələr arasında 9-cu pillədə qərarlaşıb. 

 

Modern.az xəbər verir ki, dünən daha bir ölkə - İran COVİD-19 sayına görə Çini geridə qoyub.

 

Ötən gün İranda 1 294 nəfərdə koronavirus aşkarlanıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 83 505-ə yüksəlib. 

 

Qeyd edək ki, Çində 82 747 yoluxma halı qeydə alınıb.

 

T.İSMAYIL

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?