Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılıb.
Modern.az xəbər verir ki, bunu baş nazirin müşaviri, mətbuat katibi İrakli Çikovani deyib.
O bildirib ki, aprelin 27-dən başlayaraq bəzi məhdudiyyətlər, hərəkət məhdudiyyəti aradan qaldırılacaq.
Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılmışdı.