Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 259-a çatdı

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 259-a çatdı

21 Aprel 2020, 22:33

Türkiyədə son sutka ərzində daha 119  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 259  nəfərə çatıb:

"Bu gün ölkədə 4 611 yeni yoluxma aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı  95 591 nəfərə çatıb".

 

F.Qoca qeyd edib ki, indiyədək müalicə olunaraq sağalanların ümumi sayı 14 918  nəfər təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?