ABŞ-da koronavirusa yoluxanların sayı artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə COVİD-19-a yoluxanların sayı 810 561 nəfərə çatıb.
Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə bu günədək COVID-19-dan 43 630 nəfər ölüb.
Qeyd edək ki, koronavirusa yoluxanların və ölənlərin sayına görə ABŞ dünyada "liderdir".