Modern.az

Tramp İran katerlərini məhv etmək tapşırığı verdi

Tramp İran katerlərini məhv etmək tapşırığı verdi

Dünya

22 Aprel 2020, 17:16

ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə Amerika gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə prezident özünün tvitter səhifəsində yazıb.

 

Tramp tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin Amerika gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı qeyd olunmuşdu.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış