Şimali Koreya lideri Kim Çen İnin komada olması ilə bağlı məlumatlar təsdiqini tapıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi "Tvitter"də ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu təsdiqləyib.
Məlumatda bildirilib ki, dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir.
Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.