İspaniyada koronavirus (COVİD-19) pandemiyasına yoluxma və bu xəstəlikdən ölüm sayı azalmaq bilmir.
Modern.az xəbər verir ki, bu gün ölkədə daha 4 635 nəfərdə virus aşkarlanıb, 440 nəfər isə pandemiyanın qurbanı olub.
Bununla da İspaniyada koronavirusa yoluxanların sayı 213 024-ə, həyatını itirənlərin sayı isə 22 157-yə yüksəlib. Virusdan sağalanların sayı isə 89 250 nəfərdir.
T.İSMAYIL