Modern.az

Bu ölkədə yaşlılara 3 saatlıq küçəyə çıxma icazəsi verilə bilər

Bu ölkədə yaşlılara 3 saatlıq küçəyə çıxma icazəsi verilə bilər

25 Aprel 2020, 10:44

Türkiyənin hakim partiyası koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi qərarları Mərkəzi Qərar və İdarə Heyətində yenidən gözdən keçirir.

 

Modern.az-ın Türkiyə KİV-lərinə istinadla məlumatına görə, qərarlar arasında əsas yaşı 65-dən yuxarı olan şəxslərin həftəsonu qaydalara riayət edərək 3 saat ərzində küçəyə çıxma icazəsi də yer alıb. 

 

Bildirilir ki, həmin şəxslər maska taxaraq və məsafəni saxlayaraq gəzə biləcəklər.

Məqsəd isə yaşı 65-dən yuxarı şəxslərin rahatlığını təmin etmək, tez-tez evdə qalmağın yaratdığı psixoloji sıxıntıları azaltmaqdır.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək