Modern.az

Hindistanda kütləvi tədbirlər iyunun 30-dək qadağan edildi

Hindistanda kütləvi tədbirlər iyunun 30-dək qadağan edildi

25 Aprel 2020, 15:18

Hindistanın Uttar-Pradeş ştatının rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar iyunun 30-dək kütləvi tədbirləri qadağan edib.

 

Modern.az xəbər verir ki, qərar ştat hökumətinin iclası zamanı verilib.

 

Qeyd edək ki, bu günədək Hindistanda 24 mindən çox şəxs koronavirusa yoluxub, 775 nəfər ölüb.

 

Uttar-Pradeş ştatında yoluxanların sayı 1 621 nəfər olub, 25 nəfər ölüb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək