Modern.az

İngiltərədə koronavirusla mübarizəyə PUA-lar cəlb edildi  

İngiltərədə koronavirusla mübarizəyə PUA-lar cəlb edildi  

26 Aprel 2020, 09:57

İngiltərədə başda Vayt adası olmaqla ölkənin sahildən 5 km uzaqlıqdakı bütün yaşayış məntəqələrinə dərmanlar və tibbi ləvazimatlar pilotsuz uçuş aparatları (PUA)  vasitəsilə daşınacaq.

 

Modern.az-ın “Mirror”a istinadla verdiyi xəbərə görə koronavirusla mübarizəyə PUA-lar gələn həftədən qoşulacaq. Bu barədə ölkənin səhiyyə nazirliyi ötən gün keçirdiyi föqəladə toplantıda qərar qəbul edib.

 

Nazirlikdən verilən açıqlamada bununla dərman vasitələrinin daha tez müddətə çatdırılacağı qeyd olunub.

Huncay Mete

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək