Modern.az

İtaliya bu il turist qəbul etməyəcək

İtaliya bu il turist qəbul etməyəcək

26 Aprel 2020, 10:07

İtaliya bu ilin sonuna qədər turistlər üçün sərhədlərini açmayacaq.

 

Modern.az-ın xəbərinə görə, bunu “La Repubblica” qəzetinə müsahibəsində İtaliya Mədəniyyət və Turizm naziri Dario Françeskini bildirib.

 

Nazir deyib ki, sərhədlərin açılması epidemioloji vəziyyətdən və hər bir dövlətin siyasətindən asılıdır. D. Françeskini may ayında İtaliyada koronavirus təhlükəsi ilə əlaqədar bağlanmış muzeylərin və  məşhur məkanların açılacağını da söyləyib. Nazir bu məkanlar sırasında sırada Kolizey və Pompey antik şəhərinin adlarını çəkib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək