Modern.az

Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Indən danışdı

Şimali Koreyanın Dövlət Radiosu Kim Çen Indən danışdı

26 Aprel 2020, 13:33

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın xəstəliyi və ölümü ilə bağlı şaiyələrin fonunda Dövlət Radiosu ölkə başçısının aktiv fəaliyyətindən bəhs edib.

 

Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi xəbər verib.

 

“Yoldaş Kim Çen In Samçjiyon şəhərinin yaradılmasında ürəkdən kömək edən fəhlə və əməkdaşlara minnətdarlığını bildirib”, - radiostansiyanın məlumatında deyilir. Kim Çen Inın minnətdarlığını məhz hansı formada etdiyi dəqiqləşdirilmir.

 

Qeyd edək ki, Samçjiyon şəhərinin tikintisi ötən ilin sonlarında yekunlaşıb. Mərasimdə Şimali Koreya lideri şəxsən özü iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?