Fransada da koronavirusdan ölənlərin sayı son sutkada əvvəlki günlərlə müqayisədə artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə COVİD-19-dan ölənlərin sayı 242 nəfər artaraq 22 856 nəfərə çatıb.
Ölkənin Baş Səhiyyə İdarəsinin məlumatına görə, ölüm hallarından 14 202-si xəstəxanalarda, 8654-ü isə qocalar evində qeydə alınıb.
Məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların sayında son 24 saatda da artım olub. Belə ki, daha 461 fransalı virusa yoluxub və ümumilikdə yoluxma hallarının sayı 124 575-ə çatıb.
Reanimasiyalarda olan xəstələrin sayında azalmalar davam edir. Hazırda intensiv terapiya şöbələrində 4682 nəfər müalicə alır. İndiyədək fransada 45 min insan koronavirusdan sağalıb.