Modern.az

Dünyanın bu 5 ölkəsində COVID-19 xəstəsi qalmayıb

Dünyanın bu 5 ölkəsində COVID-19 xəstəsi qalmayıb

Dünya

27 Aprel 2020, 09:42

Çinin Uhan şəhərindən vüsət alan koronavirus (COVİD-19) pandemiyası dünyanın 210 ölkəsinə yayılıb.

 

Modern.az worldometers.info-ya istinadla xəbər verir ki, bu ölkələrdən 5-i koronavirusdan qurtulub.

 

Qrelandiya, Mavritaniya və Sent-Bartelemidən sonra Müqəddəs Lüsiya və Yəməndə də viruslu xəstələr sağalıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı bu 5 ölkəni koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, aprelin 27-si bu saata olan son məlumata əsasən dünyada 2 995 152 nəfərdə COVID-19 aşkarlanıb, onlardan 207 008-i vəfat edib, 881 510-u isə sağalıb.

 

T.İSMAYIL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU