Modern.az

Rusiya da koronavirusa görə Çini geridə qoydu

Rusiya da koronavirusa görə Çini geridə qoydu

27 Aprel 2020, 12:53

Rusiyada daha 6198 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb, 47 nəfər virusdan vəfat edib.

 

Modern.az-ın məlumatına görə, bununla da ölkədə pandemiyaya yoluxanların ümumi sayı 87 147-yə, ölənlərin sayı isə 794-ə yüksəlib.

 

Rusiyada infeksiyaya yoluxmuş xəstələrdən 7 346-sı sağalıb, 79 007 nəfərin müalicəsi davam edir.

 

Qeyd edək ki, Rusiya COVİD-19-a yoluxma sayına görə Çini geridə qoyaraq dünya ölkələri arasında 9-cu sırada qərarlaşıb.

 

Xatırladaq ki, koronavirus ilk dəfə Çinin Uhan şəhərində aşkar edilib. Çindən vüsət götürən virus dünyanın 210 ölkə və ərazisinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Hazırda 9 ölkə COVİD-19-a youlxma sayına görə Çini geridə qoyub.

 

T.İSMAYIL

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək