İspaniya koronavirus (COVİD-19) əsarətindən xilas ola bilmir.
Modern.az worldometers.info-ya istinadla xəbər verir ki, ötən sutka ərzində ölkədə daha 9 570 nəfərdə virus aşkarlanıb. Ötən gün isə bu rəqəm 2 870 olub.
Son 24 saatda İspaniyada pandemiyadan ölənlərin sayı isə 331 nəfər olub. Bir gün əvvəl isə ölkədə bu virusdan 288 nəfər ölmüşdü.
Qeyd edək ki, İspaniyada bu günə qədər 236 199 COVİD-19-a yoluxub, onlardan 23 521-i vəfat edib, 127 609-u sağalıb.
T.İSMAYIL