Modern.az

ABŞ-da 1 milyon nəfər koronavirusa yoluxdu

ABŞ-da 1 milyon nəfər koronavirusa yoluxdu

27 Aprel 2020, 23:16

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyonu ötüb.

 

Modern.az worldometers.info-ya istinadla xəbər verir ki, aprelin 27-si saat 23:15-ə olan son məlumata əsasən Birləşmiş Ştatlarda daha 13 281 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə pandemiyaya yoluxanların sayı 1 000 441-ə yüksəlib.

 

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 56 286, xəstəlikdən sağalanların sayı isə cəmi 137 465 nəfərdir.

 

Xatırladaq ki, bu gün dünyada COVİD-19-a yoluxanların sayı 3 milyonu ötüb. Onlardan 1 milyonu təkcə ABŞ-ın payına düşür. ABŞ koronavirusa yoluxma və pandemiya qurbanlarının sayına görə dünya lideridir.

 

T.İSMAYIL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək