Modern.az

“Kim Çen In sağdı, amma yeriyə bilmir” - MƏNBƏ

“Kim Çen In sağdı, amma yeriyə bilmir” - MƏNBƏ

28 Aprel 2020, 10:10

"Şimali  Koreya lideri Kim Çen In sağ olsa da, yeriyə bilmir". Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sabiq Şimali koreyalı diplomat Txe En Xo açıqlama verib.

 

O, Kim Çen Inın babası Kim İr Senin ad günü mərasiminə qatılmamasını çox müəmmalı hesab edib. Diplomat hesab edir ki, bu Şimali Koreya liderinin yeriyə bilməməsi ilə bağlıdır.

 

“Mən onun əməliyyat keçirməsindən əmin deyiləm amma bir şey aydındır ki, o özü yeriyə bilmir”.

Buna baxmayaraq, deputat sözlərinə heç bir sübut gətirməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək