Böyük Britaniyada yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, son sutka ərzində daha 674 nəfər COVİD-19-un qurbanı olub.
Məlumata görə görə, bununla da virusdan ölənlərin ümumilikdə sayı 26 771 nəfərə çatıb.
Britaniyada koronavirusa yoluxanların sayı isə son sutka ərzində 6032 nəfər artaraq 171 253 nəfər olub.