Modern.az

İranın XİN rəhbərindən ABŞ-ı qəzəbləndirəcək PAYLAŞIM

İranın XİN rəhbərindən ABŞ-ı qəzəbləndirəcək PAYLAŞIM

2 May 2020, 18:00

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ən çox silah satan ölkə olmasına baxmayaraq İrandan ehtiyat etdiyini bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrana qarşı silah embarqosunu uzatmaq istəyən ABŞ-a reaksiya verib.  

Belə ki, Zərif sosial şəbəkə hesabından ABŞ-ın digər ölkələrə silah satışını əks etdirən bir video paylaşıb. “ABŞ uzun müddətdir ki, digər ölkələrə silah satan, müharibələrə səbəb olan və müharibələrə başlayan bir ölkədir.  Bu ölkə 1979-cu ilədək ən yaxşı silah müştərisi olan İrandan qorxur” deyə xarici işlər naziri qeyd edib.  

 

İran hökumətinin sözçüsü Əli Rebii, İrana qarşı silah sanksiyasının uzadılması ilə əlaqədar ABŞ-a lazımi xəbərdarlıq göndərdiklərini söyləyib. İrana qarşı silah sanksiyasının uzadılmasının nüvə anlaşmasından daha ciddi nəticələrə səbəb olacağını bildirən Rebii, “Nüvə sazişi ilə məşğul olan digər ölkələrlə apardığımız danışıqlarda bu ölkələrin bu qərarı müsbət qəbul etmədiyini gördük. Bu mesajı ABŞ səlahiyyətlilərinə də çatdırdıq” deyə hökumət sözçüsü vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...