Modern.az

Seulla Pxenyan arasında gərginlik - sərhəddə atışma

Seulla Pxenyan arasında gərginlik - sərhəddə atışma

3 May 2020, 08:58

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı sərhəddə odlu silahdan bir neçə atəş açılıb.

 

Bu barədə Modern.az” “Ryonhap”a istinadən xəbər verir.

 

“Bu gün səhər saat 07:41-də (Bakı vaxtı ilə saat 02:41-də) demarkasiya xəttinin mərkəzi ərazisindən müşahidə postuna (Cənubi Koreya-red) bir neçə atəş açılıb”, - agentlik hərbçilərə istinadən xəbər verir.

 

Hadisədən sonra hər iki tərəfin hərbi komandanlığı hərəkətə keçib. Adəti üzrə fövqəladə gərginlik saatı elan edilib.

 

Agentliyin məlumatına görə, Cənubi Koreya hərbçiləri Şimali Koreya istiqamətinə iki atəşlə cavab veriblər. 

 

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj