İnsanda İmmun Çatışmazlığı Virusu (İİV) ildə 1 milyon insanın həyatına son qoyur.
Modern.az xəbər verir ki, bunu məşhur rusiyalı həkim Aleksandr Myasnikov deyib.
O bildirib ki, İİV virusu QİÇS xəstəliyinə də yol açır:
“Hər il 1,7 milyon insan İİV xəstəliyinə yoluxur. Bu xəstəliyə qarşı hələ də peyvənd hazırlanmayıb. Xəstəliyə yoluxanlar tamamilə sağalmır”.
Qeyd edək ki, daha öncə A.Myasnikov açıqlamasında dünyanın koronavirusdan daha təhlükəli pandemiya ilə qarşılaşacağı barədə xəbərdarlıq edib.