Modern.az

Parad keçirmək axmaqlıqdır - Lukaşenkoya cavab

Parad keçirmək axmaqlıqdır - Lukaşenkoya cavab

3 May 2020, 16:15

Əlbəttə, bu paradı keçirməkdə heç bir cəsarət yoxdur. Bu, vəba vaxtı qalibiyyət keçirməyə bənzəyir. Cəsarət yox, bu, axmaqlıqdır.

 

Modern.az xəbər verir ki, bunu Qamaley adına Rusiya Epidemiologiya və Mikrobiologiya Mərkəzinin aparıcı almi mütəxəssisi Viktor Lariçev Belarus Prezidenti Aleksandr Lukaşenkonun 9 May Qələbə gününə həsr olunmuş paradı təxirə salmayacaqları ilə bağlı açıqlamasını şərh edərkən deyib.

 

Mütəxəssisin fikrincə, bu tədbiri dayandırmaq lazımdır, çünki epidemiya vaxtı bu cür tədbirləri keçirmək olmaz:

 

“Paradda tənəffüsü idarə etmək çətin olacaq, bəzilərində maska olacaq, bəzilərində yox”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi