Modern.az

Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb

Gürcüstanda daha bir nəfər koronavirusdan ölüb

3 May 2020, 17:20

Gürcüstanda 58 yaşlı şəxs yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı "stopcov.gov.ge" internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 9 nəfərə çatıb.

 

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Hazırda  təsdiqlənmiş yoluxma hallarının sayı 589-a çatıb, yoluxanlardan 221-nin sağaldığı bildirilir. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək