Modern.az

Rusiyada 3 mindən artıq hərbçi koronavirusa yoluxub

Rusiyada 3 mindən artıq hərbçi koronavirusa yoluxub

Dünya

3 May 2020, 23:27

Rusiya ordusunda və hərbi təhsil müəssisələrində mayın 3-ü üçün 3 mindən artıq koronavirusa yoluxma halı qeydə alınıb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.


Məlumata əsasən, Rusiyan Silahlı Qüvvələrində 1 254 koronavirusa yoluxma halı qeydə alınıb: "Bundan əlavə, 209 yoluxma halı universitet öncəsi təhsil müəssisələrində, 1 228 yoluxma halı Müdafiə Nazirliyinin universitetlərində, 332 yoluxma halı isə mülki işçilər arasında aşkarlanıb. Rusiya Müdafiə Nazirliyinin həyata keçirdiyi profilaktik və karantin tədbirləri sayəsində 31 universitet öncəsi təhsil müəssisələrindən 27-də koronavirusa yoluxma halları qeydə alınmayıb".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi