Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 128-ə çatıb. Mayın 1-də ilk dəfə Tacikistanda koronavirus xəstəliyinin olduğu elan edilib və həmin gün ölkədə 15 koronavirus xəstəsi olduğu bildirilib.
Modern.az Tacikistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, hazırda xəstəxanalarda 3084 nəfər var. Yoxlamadan sonra onların 274-ü evə buraxılıb, qalanları müalicə alır. Bildirilir ki, artıq ölkədə koronavirusdan iki nəfər ölüb.
Düşənbə şəhərinin sədri Rustam Emamali deyib ki, bu günlərdə şəhər ərazisində 3 min çarpayılıq xüsusi xəstəxananın tikintisinə başlanılacaq.