Modern.az

BMT Baş katibi koronavirusla mübarizəyə tələb olunan vəsaiti açıqladı

BMT Baş katibi koronavirusla mübarizəyə tələb olunan vəsaiti açıqladı

4 May 2020, 20:16

BMT Baş katibi COVİD-19-la mübarizə üçün tələb olunan vəsaitlə bağlı danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş videokonfransdakı nitqi zamanı bildirib.

Baş katib qeyd edib ki, yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün Avropa Komissiyasının himayəsi ilə keçiriləcək onlayn donor konfarnsında toplanması nəzərdə tutulan 7,5 milyard avrodan beşqat artıq vəsaitə ehtiyac yarana bilər.


Antonio Quterreş ilkin olaraq 7,5 milyard avro tolamaq məqsədilə bu gün elan olunan kampaniyanı alqışlayıb: "Bu vəsait yeni alətlərin lazımi sürətlə inkişaf etdirilməsinə ilkin töhfə olacaq. Amma hər bir ölkədə hər kəsə əlimizi uzatmaq üçün bizə bu məbləğdən haradasa beş dəfə artıq vəsait lazımdır”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək