Modern.az

6 ölkə koronavirusa qalib gəldi

6 ölkə koronavirusa qalib gəldi

5 May 2020, 10:10

Okeaniya ölkəsi olan Papua-Yeni Qvineyada koronavirus xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, ölkədə infeksiyaya yoluxan 8 nəfərin hamısı sağalıb. Bundan başqa, Papua-Yeni Qvineyada 2 402 şəxsdən test götürülüb və nəticələr neqativ çıxıb.

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Papua-Yeni Qvineyanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla və Surinamda koronaviruslu xəstə qalmayıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək