Modern.az

İranda COVİD-19-a yoluxma yenidən artır - 100 minə çatdı

İranda COVİD-19-a yoluxma yenidən artır - 100 minə çatdı

5 May 2020, 14:52

İranda daha 1 323 nəfərdə koronavirus (COVİD-19) aşkarlanıb, 63 nəfər virusdan ölüb.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə pandemiyaya yoluxanların sayı 99 970-ə, vəfat edənlərin sayı isə 6 340-a yüksəlib.

Virusdan sağalanların sayı isə 80 475 nəfərdir.

 

Qeyd edək ki, İranda karantin rejiminin yumşaldılmasından sonra COVİD-19-a yoluxma sayı yenidən artıb.

 

T.İSMAYIL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək