Modern.az

İtaliyada günlük koronavirusa yoluxma və ölüm sayı azalır

İtaliyada günlük koronavirusa yoluxma və ölüm sayı azalır

5 May 2020, 20:54

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 236 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 29 315 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 1 075 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 213 013 nəfər təşkil edir.

Məlumata görə, indiyədək İtaliyada 85 231 nəfər koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək