Böyük Britaniyada daha 5 614 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb.
Modern.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 206 715-ə yüksəlib.
Ötən sutka Britaniyada ölənlərin sayı isə 539 nəfər artaraq 30 615-ə çatıb.
Qeyd edək ki, Böyük Britaniya COVID-19 virusuna yoluxma sayına görə dünyada dördüncü, Avropada üçüncü, pandemiya qurbanlarının sayına görə isə dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci yerdə qərarlaşıb.
T.İSMAYIL