Cənubi Koreyanın paytaxtı Seulda minlərlə gecə klubu, bar, diskoteka bağlandı. Buna səbəb koronavirus daşıyıcısı olan 29 yaşlı bir qızın 3 gecə klubunda 17 nəfəri yoluxdurmasıdır.
Modern.az “BBC”yə istinadla bildirir ki, qərarı Seul şəhərinin bələdiyyə sədru Park Von Son imzalayıb. Bildirilir ki, karantin rejiminin yumşaldılması və insanların gecə klubuna axın etməsi ilə pandemiyaya yoluxanların sayında artıım qeydə alınıb.
Paytaxt bələdiyyəsinin sədri bildirib ki, verdiyi qərarla 2 min 100 məkan uzun müddət fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, bu vaxta qədər Cənubi Koreyada 11 minə yaxın insan COVİD-19 virusuna yoluxub. Onlardan 256 nəfəri dünyasını dəyişib.
Huncay Mete