Modern.az

Rusiyada yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyada yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Dünya

10 May 2020, 08:38

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ruaiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb. 

 

Magistral yolda 3 avtomobilin (“VAZ-2109”, “Toyota Vista” və “VAZ-2110”) toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

 

Hadisə mayın 9-da gecə saatlarında Usolski rayonunun Malta qəsəbəsi yaxınlığında qeydə alınıb. 

 

İlkin məlumata görə, qəzaya səbəb “VAZ-2109”un qarşıdakı zolağa çıxması olub. Nəticədə 33 yaşlı sürücü də daxil olmaqla, avtomobildəki 2 sərnişin dünyasını dəyişib. Onlardan birinin 31, digərinin isə 29 yaşı olduğu bildirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək