Varlılar şəhəri kimi tanına Cenevrədə 1 həftəlik ərzaq və qida yardımı kampaniyasına minlərlə insan axışıb.
Modern.az “Reuters”ə istinadla bildirir ki, bu barədə elanı görənlər kampaniya keçirilən məkana axın edib. 3 minə yaxın insanın səhər saat 5-dən növbəyə yazıldığı bildirilir.
İsveçrədəki kasıblar üçün nəzərdə tutulan kampaniyaya koronavirus səbəbi ilə fəaliyyətini dayandırmış müəssisələrdə çalışan, maaşları verilməyən, maddi durumu pisləşən bir çox insan üz tutub. Nəticədə bir neçə kilometrlik növbənin yarandığı vurğulanır.
Qida yardımının yalnız 1000 nəfər üçün nəzərdə tutulduğu qeyd edilir.
Huncay Mete